ABŞ-da meşə yanğınlarının miqyası genişlənməkdə davam edir. İLKİNxeber.az informasiya agentliyinin beynəlxalq mənbələrə istinadən əldə etdiyi məlumata görə, yanğınlar artıq ölkənin 11 ştatını əhatə edib.
Bildirilib ki, son 24 saat ərzində müxtəlif bölgələrdə daha 77 yeni yanğın ocağı qeydə alınıb. Hazırda yanğınların qarşısının alınması və yaşayış məntəqələrinin qorunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Mütəxəssislər yüksək temperatur, quraqlıq və güclü küləyin alovun daha geniş ərazilərə yayılmasına səbəb olduğunu qeyd edirlər. Bir sıra bölgələrdə fövqəladə vəziyyət rejimi qüvvədə saxlanılır, əhali üçün təhlükəsizlik xəbərdarlıqları edilir.
Rəsmi qurumlar yanğınların söndürülməsi istiqamətində işlərin fasiləsiz davam etdiyini açıqlayıblar.
