Bişkek səfərindən qayıdan İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Tehrana deyil, Rəşt Beynəlxalq Hava Limanına eniş edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, Pezeşkian və onu müşayiət edən şəxslərin olduğu “Airbus A321” təyyarəsi Qırğızıstandan İrana qayıdarkən Rəştə yönləndirilib.
Təyyarənin marşrutunun dəyişdirilməsinin səbəbi ilə bağlı İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
