Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azərbaycanlı tələbə həyatını itirib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket hücumu zamanı həlak olub. Hadisə şəhərə endirilən növbəti hava zərbələri zamanı baş verib.
Məlumata görə, son günlər Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə artıb. Hücumlar nəticəsində mülki əhali arasında da itkilər qeydə alınır
