Dünya enerji bazarlarında Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətində artım qeydə alınıb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,24 ABŞ dolları və ya 1,67 faiz artaraq 75,60 ABŞ dollarına yüksəlib. Əvvəlki ticarət sessiyasında bu göstərici 74,36 ABŞ dolları olub.
Məlumat üçün bildirək ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, 2026-cı il dövlt büdcəsində “Azeri Light” markalı neftin bir bareli üçün orta qiymət 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
