İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirə olunan sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər üzrə 39 milyard 184 milyon 560 min 900 manat, xərclər üzrə isə 38 milyard 604 milyon 559 min 600 manat həcmində müəyyən edilib.
Müzakirələr başa çatdıqdan sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.
