İLKİNxeber.az informasiya agentliyinin məlumatına əsasən Milli Hidrometeorologiya Xidməti bildirib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18 ilə 21 dərəcə isti, gündüz 26 ilə 31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65 ilə 70 faiz, gündüz 40 ilə 45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bəzi yerlərdə güclənəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17 ilə 21 dərəcə isti, gündüz 28 ilə 33 dərəcə isti, dağlarda gecə 8 ilə 13 dərəcə isti, gündüz 17 ilə 22 dərəcə, bəzi yerlərdə 24 ilə 28 dərəcə isti olacaq.
