ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Burunqovaq kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “MAZ” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq Qabırrı çayına aşıb.
Hadisə nəticəsində avtomobildə olan şəxslərdən biri çayda boğularaq həyatını itirib, iki nəfər isə sudan sağ çıxarılıb.
Hazırda boğularaq ölən şəxsin meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
