Bu gün saat 05:05 radələrində Xaçmaz stansiyasında bədbəxt hadisə baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, hərəkətdə olan yük qatarının qarşısına qəfil insan çıxıb.
Maşinist təcili tormozlama tətbiq etsə də, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Hadisə nəticəsində həmin şəxs həyatını itirib.
ADY vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən keçməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Qeyd olunub ki, dəmir yolu ərazisində təhlükəsizlik qaydalarının pozulması ciddi nəticələrə səbəb ola bilər.
Xaçmazda faciəvi qatar qəzası
Şərh edilməmiş
