By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Sumqayıtda klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > Sumqayıtda klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək
Hadisə

Sumqayıtda klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək

Lamiyə Turqay
Last updated: İyul 2, 2026 12:16 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Sumqayıt şəhərində fəaliyyət göstərən “Liman Klinikası” qüsurlu cərrahi əməliyyatla bağlı pasiyentə təzminat ödəməli olacaq.

İlkinxeber.az informasiya agentliyi bildirir ki, məhkəmə qərarına əsasən, “Liman Qrup” MMC pasiyent Nuridə Zülfüqarovaya maddi və mənəvi zərərə görə ümumilikdə 31 min 574 manat ödəməlidir.

Məlumata görə, Nuridə Zülfüqarova 2024-cü ildə klinikada cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı etdirib. Əməliyyatdan sonra isə onun sol gözündə çəplik yaranıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılsa da, cinayət işinin başlanmasından imtina edilib. Bununla belə, məhkəmə-tibb ekspertizasının rəyi əməliyyatın qüsurlu icra olunduğunu təsdiqləyib.

İddiaçının vəkili Anar Məmişov ekspertiza rəyini və əməliyyatdan sonra çəkilən xərcləri məhkəməyə təqdim edib. Zülfüqarova klinikadan və həkimdən 40 min manat maddi, 10 min manat isə mənəvi zərərin ödənilməsini tələb edib.

Cavabdeh tərəf isə iddia ilə razılaşmayıb. Cərrah Əfqan Ağagülov pasiyentin əməliyyatdan sonra müalicə qaydalarına düzgün əməl etmədiyini və dərmanları qəbul etmədiyini bildirib. Həkimin sözlərinə görə, gözündə yaranan problem bununla əlaqədar olub.

Sumqayıt Şəhər Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, “Liman Qrup” MMC pasiyentə maddi zərərə görə 28 min 574 manat, mənəvi zərərə görə isə 3 min manat təzminat ödəməlidir.

Məhkəmə həkim Əfqan Ağagülova qarşı irəli sürülən tələbi təmin etməyib. Qərarda bildirilib ki, həkim klinikanın əməkdaşı olduğundan, vurulmuş zərərə görə hüquqi məsuliyyəti işəgötürən daşıyır.

Qərar apellyasiya və ali instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılıb.

Qeyd edək ki, zərərçəkənin qızı Ramilə Məmmədova iki il əvvəl məsələ ilə bağlı mediaya müraciət etmişdi. O, 54 yaşlı anasının II qrup əlil olduğunu, uzun illər bağça müəllimi kimi çalışdığını bildirmişdi. Şikayətçinin sözlərinə görə, əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdikdə onlara “gözləyin, düzələcək” cavabı verilib.

Xaçmazda faciəvi qatar qəzası
Coratda dənizdə iki nəfər batdı: biri xilas edildi, qadının meyiti tapıldı
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb
Xaricdə təhsil qalmaqalı: Nigar Fərhad saxlanıldı
Xocəsəndə su xətti partladı
Share This Article
Facebook Email Print
Previous Article Yasamalda avtomobil pilləkəndən düşdü: Qadının köməyi diqqət çəkdi
Next Article Hökmdən sonra Arzumun atasının dedikləri müzakirələrə səbəb oldu
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?