Böyük Britaniyada yaşayan Azərbaycan icmasının tanınmış nümayəndəsi, Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.
İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
Səfirlik mərhumun ailəsinə, yaxınlarına və Azərbaycan icmasına dərin hüznlə başsağlığı verib.
