Çinin Hubey əyalətində baş verən güclü tufan və qasırğa tipli küləklər ağır fəsadlara səbəb olub
ilkinxeber.az informasiya agentliyinin beynəlxalq mənbələrə istinadən əldə etdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 11 nəfər həyatını itirib, 1 nəfərin isə itkin düşdüyü bildirilir.
Məlumata əsasən, bəzi ərazilərdə küləyin sürəti Bofort şkalası üzrə 13-cü səviyyəyə qədər yüksəlib. Bir sıra rayonlarda tornado hadisələri də qeydə alınıb ki, bu da dağıntıların miqyasını daha da artırıb.
İlkin məlumatlara görə, tufan nəticəsində 22 bina tamamilə dağılıb, 4 855 tikiliyə müxtəlif dərəcəli ziyan dəyib. Təbii fəlakətdən ümumilikdə 331 nəfərin zərər çəkdiyi açıqlanıb.
Hazırda hadisə baş verən bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Xilasetmə qrupları itkin düşən şəxsin tapılması istiqamətində iş aparır, zərərçəkənlərə isə tibbi və humanitar yardım göstərilir.
