By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Alimentlə bağlı çoxlarının bilmədiyi hüquqlar və öhdəliklər
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Alimentlə bağlı çoxlarının bilmədiyi hüquqlar və öhdəliklər
Ölkə

Alimentlə bağlı çoxlarının bilmədiyi hüquqlar və öhdəliklər

Lamiyə Turqay
Last updated: İyul 7, 2026 7:34 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Aliment deyildikdə əksər insanların ağlına yalnız boşanmadan sonra uşağın saxlanılması üçün ödənilən vəsait gəlir. Lakin Azərbaycan qanunvericiliyi ər-arvad və keçmiş ər-arvad arasında da müəyyən hallarda aliment öhdəliyinin yarandığını nəzərdə tutur.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən dəstək göstərməyə borcludur. Əgər bu yardım göstərilməzsə və tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmazsa, qanunda nəzərdə tutulan şəxslər məhkəməyə müraciət edərək aliment tələb edə bilərlər.

Qanunvericiliyə əsasən, maddi imkanı olan ər və ya arvaddan aşağıdakı şəxslər aliment tələb etmək hüququna malikdir:

• Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

• Hamiləlik dövründə və ümumi uşağın doğulduğu gündən etibarən 3 il müddətində arvad;

• Əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşdan yuxarı ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan ər və ya arvad.

Bu hüquq yalnız nikah dövrü ilə məhdudlaşmır. Boşanmadan sonra da müəyyən hallarda keçmiş ər və ya arvad bir-birindən aliment tələb edə bilər.

Qanuna görə, aşağıdakı şəxslər məhkəmə qaydasında keçmiş həyat yoldaşından aliment tələb etmək hüququna malikdir:

• Hamiləlik dövründə və ümumi uşağın doğulduğu gündən sonrakı 3 il ərzində keçmiş arvad;

• Əlilliyi olan ümumi uşağa və ya 18 yaşına çatana qədər əlilliyi müəyyən edilmiş, hazırda 18 yaşdan yuxarı olan ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad;

• Nikah pozulana qədər və ya boşanmadan sonra 1 il ərzində əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad;

• Uzun müddət nikahda olmuş şəxslərdən nikah pozulduqdan sonra 5 il keçməmiş pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad.

Alimentin məbləği və ödənilmə qaydası tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilə bilər. Belə saziş olmadıqda isə alimentin məbləğini məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq hər ay ödənilməli sabit pul məbləği şəklində müəyyən edir.

Bununla yanaşı, qanun bütün hallarda aliment ödənilməsini məcburi hesab etmir. Məhkəmə bəzi hallarda şəxsi bu öhdəlikdən tam və ya qismən azad edə, yaxud aliment ödənilməsi müddətini məhdudlaşdıra bilər.

Bu hallar əsasən aşağıdakılardır:

• Maddi yardıma ehtiyacı olan tərəf əmək qabiliyyətini spirtli içkilərdən, narkotik və ya psixotrop maddələrdən istifadə nəticəsində, yaxud qəsdən törətdiyi cinayət səbəbindən itirdikdə;

• Aliment tələb edən şəxs ailədə ləyaqətsiz davranış nümayiş etdirdikdə;

• Nikahın qısa müddət davam etdiyi müəyyən edildikdə.

Qanunvericiliyə əsasən, alimentin məbləği, ödənilmə qaydası və şərtləri barədə bağlanan saziş yazılı formada tərtib olunmalı və notariat qaydasında təsdiqlənməlidir. Notarial qaydada təsdiqlənmiş aliment sazişi icra vərəqəsi qüvvəsinə malik olur və məhkəmə qərarı olmadan da icraya yönəldilə bilər.

Azərbaycana payız gəldi
Sentyabrın 5-də hava necə olacaq?
Böyük Qayıdış davam edir: Xankəndi və Ağdərəyə daha 80 nəfər köçürüldü
Sabahın hava proqnozu açıqlanıb – 25 avqust
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Share This Article
Facebook Email Print
Previous Article Qusarda yük maşını aşdı: 28 yaşlı sürücü həlak oldu
Next Article Xəstəlik II kurs tələbəsinin həyatına son qoydu
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?