İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz bəzi ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeronda temperatur gecə 18-21°, gündüz isə 28-32° isti olacaq.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 16-21°, gündüz 30-35°, dağlıq ərazilərdə isə gecə 11-16°, gündüz 20-25° isti təşkil edəcək.
