İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Zabux kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Keçirilən tədbirlər nəticəsində ümumi çəkisi 2 ton 445 kiloqram olan 8103 ədəd çətənə kolu məhv edilib.
