İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, təəssüf ki, bəzi hallarda Azərbaycan vətəndaşları müxtəlif ölkələrdə baş verən hərbi münaqişələrdə iştirak edirlər.
Nazir bu fikirləri İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən birgə brifinq zamanı səsləndirib.
Ceyhun Bayramovun sözlərinə görə, vətəndaşların bu cür münaqişələrə cəlb olunması müxtəlif vədlər və yollar vasitəsilə həyata keçirilir.
“Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirəm ki, xarici ölkələrdəki hərbi münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinə əsasən cinayət hesab olunur. Bu cür əməllər qanunvericiliyin pozulmasıdır və hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər”, – deyə nazir vurğulayıb.
