İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, qəza paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.
Belə ki, hadisə gecə saat 04:00 radələrində baş verib. SOCAR-a məxsus yanacaq daşıyan avtomobil minik maşını ilə toqquşub. Toqquşmanın təsirindən nəqliyyat vasitəsi yaxınlıqda yerləşən “Lukoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
