Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start veriləcək.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə 23 şəhərdə və 56 imtahan mərkəzində hazırlıq işləri yekunlaşıb. Bu isə 11 mindən artıq namizədin eyni vaxtda imtahan verməsinə imkan yaradacaq.
Bildirilib ki, əvvəlki illərdə ibtidai siniflər istisna olmaqla digər fənlər üzrə imtahanlar eyni gün və saatda keçirilirdi. Bu il isə yaradılan şərait nəticəsində ibtidai sinif üzrə namizədlər də imtahanlarını eyni vaxtda verə biləcəklər.
