Azərbaycan Prezidenti bildirib ki, ölkə artıq əvvəlki illərdə mümkün hesab edilməyən bazarlara da qaz nəql edir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, dövlət başçısı çıxışında Suriyanı nümunə göstərərək qeyd edib ki, gələcəkdə bu ölkə üzərindən qonşu regionlara da qaz ixracı imkanları yarana bilər. Onun sözlərinə görə, həmin ərazilərdə enerji resurslarına yüksək tələbat mövcuddur.
Prezident vurğulayıb ki, Avropa tərəfdaşları ilə aparılan danışıqlarda əsas mesaj uzunmüddətli müqavilələrin vacibliyi ilə bağlıdır. Eyni zamanda, qaz nəqli sisteminin genişləndirilməsi üçün birgə səylərin artırılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
