Milli Məclisin növbəti iclası iyulun 14-də keçiriləcək.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən növbədənkənar sessiyanın iclasında məlumat verib.
Qeyd olunub ki, bu iclas Milli Məclisin növbədənkənar sessiyasının sonuncu toplantısı olacaq.
