Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin həyata keçirdiyi son əməliyyatlar nəticəsində Azov dənizində Rusiyaya məxsus “kölgə donanması”na ciddi zərbə endirilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hücumlar zamanı ümumilikdə 11 gəmi sıradan çıxarılıb. Məhv edilənlər arasında 5 tanker, 5 quru yük gəmisi və 1 yedək gəmisi yer alır.
Məlumata görə, son 9 gün ərzində zərərsizləşdirilən gəmilərin ümumi sayı artıq 116-ya çatıb. Əməliyyatların əsas hədəfi Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi və neftlə yanaşı hərbi logistikanın daşınmasında rol oynayan “kölgə donanması” olub.
Qeyd olunur ki, hücumlar Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri tərəfindən həyata keçirilib. Əməliyyatlara bu qüvvələrin komandanı Robert “Madyar” Brovdi rəhbərlik edib.
