İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 1 avqust tarixinədək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasına qədər fəaliyyət göstərəcək. Balakən–Bakı istiqamətində isə qatarlar Qax stansiyasından yola düşəcək.
Bildirilib ki, dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə 1 avqustdan etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə reyslər müvəqqəti olaraq dayandırılacaq.
Həmçinin qeyd olunub ki, 1–13 avqust tarixləri üçün bu istiqamət üzrə bilet alan sərnişinlərə ödənişlər tam şəkildə geri qaytarılacaq.
Məlumata görə, Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən dəmiryol sahəsində infrastruktur zədələnib.
