İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib. Gecə saatlarında kənd sakini Namiq Süleymanova məxsus, ümumi sahəsi 160 kvadratmetr olan dördotaqlı yaşayış evində yanğın başlayıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Yanğının yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.
