İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın tanınmış heykəltəraşı, akademik Ömər Eldarov səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 99 yaşlı sənətkar bir müddət həkim nəzarətində saxlanılıb və müalicə alıb.
Daha sonra onun köməkçisi bildirib ki, səhhətindəki narahatlıq əsasən yaş amili və son günlər havanın həddindən artıq isti keçməsi ilə bağlı olub. Aparılan müayinələrdən sonra akademik evə buraxılıb.
Hazırda onun vəziyyəti nəzarət altındadır.
