Külli miqdarda dələduzluq cinayətinə görə beynəlxalq axtarışda olan Soltanov Elgün Sədyar oğlu Özbəkistan Respublikasının ərazisində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Baş Prokurorluğun vəsatəti əsasında həyata keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxs xarici ölkədə müəyyən edilərək həbs olunub. Daha sonra beynəlxalq hüquqi prosedurlara uyğun olaraq onun Azərbaycana təhvil verilməsi təmin edilib.
Məlumata görə, Soltanov Elgün Sədyar oğlunun Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddələri ilə təqsirləndirilməsi üçün əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunmuşdu.
Hazırda həmin şəxs istintaq orqanına təhvil verilib və faktla bağlı araşdırmalar davam etdirilir.
