Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanmağa başlayıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
Məlumata görə, üç neft tankeri Hörmüz boğazının cənubunda yerləşən minalanmış ərazidən keçməyə cəhd göstərib. Tankerlərdən biri minaya düşüb və nəticədə gəmidə yanğın baş verib.
Hadisədən sonra digər iki tanker marşrutunu dəyişərək geri qayıdıb və körfəz ərazisini tərk edib.
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb. SEPAH məsələ ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.
