Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubunun açılış mərasimində iştirak edib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon da iştirak ediblər.
Açılış mərasimindən əvvəl “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klubu barədə videoçarx nümayiş olunub.
