Azərbaycanda avqust ayına dair hava proqnozu açıqlanıb. İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ay ərzində orta temperatur əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacaq.
Yağıntının miqdarı ümumilikdə norma civarında gözlənilir. Ayın ilk günlərində əksər rayonlarda yağmursuz hava üstünlük təşkil etsə də, dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28°C, gündüzlər isə 30-35°C, bəzi günlərdə 40°C-yə yaxın olacağı gözlənilir.
Regionlar üzrə də oxşar vəziyyət proqnozlaşdırılır: aran və qərb rayonlarında temperatur bəzi günlərdə 40-41°C-yə çata bilər, dağlıq ərazilərdə isə hava nisbətən sərin olacaq. Yağıntılar əsasən normaya uyğun səviyyədə qalacaq.
