ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə yolun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil qəfil alışaraq yanmağa başlayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. İlkin məlumata görə, yanğın qısa müddətdə nəzarətə götürülüb və söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı dəqiq məlumat verilməyib. Yanğının baş vermə səbəbləri araşdırılır.
