İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Suriyada keçmiş prezident Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarılıb.
Dəməşqdəki məhkəmənin qərarına əsasən, Bəşər Əsəd insanlığa qarşı cinayətlər və müharibə cinayətləri, o cümlədən qəsdən adam öldürmə, işgəncə və qanunsuz həbslərlə bağlı ittihamlarda təqsirli bilinib.
Məhkəmə Bəşər Əsədlə yanaşı, onun qardaşı Mahir Əsəd və əmisi oğlu, Suriyanın Dəra vilayətində keçmiş siyasi təhlükəsizlik xidmətinin rəhbəri Ətif Nəcib barəsində də ölüm hökmü çıxarıb.
Qeyd edək ki, Bəşər Əsədin hakimiyyəti 2024-cü ilin dekabrında müxalif qüvvələrin hücumu nəticəsində devrilib. Bundan sonra Əsəd ailəsi ilə birlikdə Suriyanı tərk edərək Rusiyaya gedib və hazırda Moskvada yaşayır.
