İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Orhus” qarşılaşmasına bütün biletlər satılıb.
Bakıdakı “Bank Respublika Arena”da baş tutacaq görüşə böyük maraq göstərilib. 8 700 tamaşaçı tutumuna malik stadionda keçiriləcək matçın saat 20:00-da başlaması nəzərdə tutulur.
Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk oyunda meydan sahibləri “Orhus” 2:1 hesabı ilə qalib gəlib.
Bu səbəbdən “Sabah” növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.
