İrana vətəndaşı Azərbaycana 7,5 kq narkotik keçirməyə çalışıb
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat keçirilib.
Əməliyyat zamanı 7 kiloqram 490 qram marixuana və 1 810 ədəd “Metadon M-40” həbi aşkarlanıb.
Narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd edən 51 yaşlı İran vətəndaşı Ağapur Hüseyn Novruz saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
