İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb.
Kənd sakini, 21 yaşlı Kənan Nizam oğlu Elyasov evində ölü vəziyyətdə tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Kənan Elyasov 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Bəhram İlyasovun qardaşıdır. Kənanın atası Nizam İlyasov isə Birinci Qarabağ müharibəsi veteranıdır.
Faktla bağlı araşdırma aparılır.
