İlham Əliyev Belarusla statistika sahəsində əməkdaşlıq memorandumunu təsdiqlədi
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2 iyun 2026-cı ildə Minsk şəhərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında imzalanmış Anlaşma Memorandumu təsdiq olunub.
Sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi Dövlət Statistika Komitəsinə həvalə edilib.
Xarici İşlər Nazirliyinə isə memorandumun qüvvəyə minməsi üçün zəruri dövlət prosedurlarının yerinə yetirilməsi barədə Belarus hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
