İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, Qazaxıstanda saxlanılan Azərbaycan vətəndaşı Tahir Əskərov Azərbaycana ekstradisiya edilib.
Tahir Əskərov qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində və satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.
İstintaqdan yayınması səbəbilə beynəlxalq axtarışa verilən şəxs Qazaxıstanda saxlanılıb. Ekstradisiya prosedurları başa çatdıqdan sonra o, Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
