“YouTube” video platformasında baxışların hesablanması qaydası dəyişdirilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, avqustun 24-dən etibarən platformada videoya baxış video başladığı andan etibarən hesablanacaq. Yeni sistem bütün video formatlarına şamil ediləcək.
“YouTube”dan bildirilib ki, əvvəl müxtəlif formatlar üzrə fərqli baxış hesablama sistemlərindən istifadə olunub. Yeni qaydanın tətbiqi müəlliflərə auditoriyalarını daha dəqiq qiymətləndirməyə imkan verəcək.
Qeyd olunub ki, dəyişiklik videoların monetizasiyasına təsir göstərməyəcək. Müəlliflərin auditoriya cəlbetməsini qiymətləndirmək üçün istifadə olunan mövcud meyarlar qüvvədə qalacaq.
Əvvəlki sistemdə isə baxışın qeydə alınması üçün istifadəçinin videonu ən azı 30 saniyə izləməsi tələb olunurdu. Yeni qayda ilə bu yanaşma dəyişəcək.
