İlkinxeber.az informasiya agentliyi birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,06 faiz azalaraq 4 542,7 ABŞ dollarına düşüb.
Bunun əksinə, gümüşün qiymətində artım müşahidə olunub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçersləri 2,01 faiz bahalaşaraq 67,91 ABŞ dollarına çatıb.
Qeyd edək ki, qiymətli metalların bazarındakı dəyişikliklər investorların faiz dərəcələri və qlobal iqtisadi gözləntiləri ilə bağlı mövqelərindən də təsirlənir.
