İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu gün səhər saatlarında Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyadanı vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Qəzadan sonra sürücü hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.
