Soyad insanın müəyyən ailəyə, nəslə və soy-kökə mənsubiyyətini göstərən və nəsildən-nəslə ötürülən irsi addır.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, qanunvericiliyə əsasən, nikaha daxil olan şəxslər öz arzuları ilə ümumi soyad seçə, nikahdan əvvəlki soyadlarını saxlaya və ya ərinin və yaxud arvadının soyadını öz soyadı ilə birləşdirə bilərlər.
Nikaha daxil olan şəxslərdən birinin və ya hər ikisinin qoşa soyadı olduğu halda soyadların birləşdirilməsinə yol verilmir.
Ər və ya arvadın soyadını dəyişməsi digər tərəfin soyadının avtomatik dəyişdirilməsi üçün əsas sayılmır.
Nikah pozulduqdan sonra isə ər və ya arvad ümumi soyadını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.
Beləliklə, boşanma zamanı tərəflərdən biri digərindən soyadını dəyişdirməsini tələb edə bilməz. Şəxs boşandıqdan sonra nikah zamanı götürdüyü soyadı saxlamaq hüququna malikdir.
