Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, müsahibənin keçiriləcəyi tarix və məkanla bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq proseslə bağlı məlumatları nəzərdən keçirə bilərlər.
Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi sentyabrın 2-dən etibarən keçiriləcək.
Qeyd edək ki, test imtahanında keçid balı toplayan müəllimlərin əməkhaqqına 10 faiz, 51 və daha yüksək bal əldə edənlərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq. Sözügedən əlavələr müsahibə mərhələsində də uğur qazanan müəllimlərin əməkhaqqına şamil ediləcək.
Müsahibədə iştirak edəcək müəllimlər şəxsi kabinetlərində göstərilən tarix və ünvana uyğun olaraq prosesdə iştirak etməlidirlər.
Müəllimlərə mühüm xəbər
Şərh edilməmiş
