Bakıda ekstrasens-parapsixoloq olduğunu iddia edən qadının vətəndaşı aldadaraq 3500 manat pul aldığı bildirilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, paytaxt sakini sosial şəbəkədə, “TikTok” platformasında özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin elanını görüb və onunla əlaqə saxlayıb.
Qadın zərərçəkənə övladındakı “cini çıxaracağı” vədini verərək ondan 3500 manat pul alıb.
Şikayət əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən 43 yaşlı L. İsmayılova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
