By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Prezidentdən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Prezidentdən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
Ölkə

Prezidentdən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik

Lamiyə Turqay
Last updated: Sentyabr 2, 2026 9:58 səhər
By Lamiyə Turqay
1 Min Read
Share
SHARE

İnzibati Xətalar Məcəlləsinə bir sıra mühüm dəyişikliklər edilib.

ilkinxeber.az informasiya agentliyi President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.

Dəyişikliklə Məcəlləyə inzibati xəta törətmiş və psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi ilə bağlı yeni maddə əlavə olunub. Təxirəsalınmaz psixiatriya yardımının gecikdirilməsi şəxsin özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradırsa, müəyyən hallarda onun razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə qərar qəbul edilə biləcək.

Bununla yanaşı, kibertəhlükəsizliyin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşdirilib.

Kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların vaxtında təqdim edilməməsinə, aidiyyəti sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına, kiberinsidentlərin real vaxt rejimində monitorinq edilməməsinə və digər kibertəhlükəsizlik tələblərinin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimələnə biləcək.

Reyestrə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərən vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə ediləcək.

Prezident İlham Əliyev yeni qanunun tətbiqinin təmin edilməsi ilə bağlı fərman da imzalayıb.

Keçmiş MTN generalı azadlığa buraxıldı
Jurnalist vəsiqələrinin verilməsi və dəyişdirilməsi ödənişsiz ola bilər
72 min tibb işçisinin maaşında artım
Azərbaycan Prezidenti ATƏT PA rəhbərini qəbul edib
MİDA adından 472 saxta müqavilə hazırlayanlar saxlanıldı
Share This Article
Facebook Email Print
Previous Article Daşınmaz əmlakın kadastrı ilə bağlı mühüm qərar
Next Article Mövsümi qripdən qorunmağın yolları
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?