Rentgen şüalarının intensivliyinə görə Günəşdə baş verən alışmalar beş əsas sinfə bölünür. Bunlar A, B, C, M və X sinifləridir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, ən zəif alışma hesab olunan A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt şüalanma gücü ilə xarakterizə olunur. Hər növbəti sinfə keçdikcə şüalanmanın gücü 10 dəfə artır.
Günəşdəki güclü alışmalar əksər hallarda plazmanın kütləvi tullantıları ilə müşayiət olunur. Günəşdən ayrılan bu plazma buludları Yerə çatdıqda planetin maqnit sahəsinə təsir göstərərək geomaqnit qasırğalarına səbəb ola bilər.
