ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqların sülhə nail olmaq baxımından əhəmiyyətli olduğunu bildirib.
Uittkoff Moskva və Kiyevə səfəri zamanı keçirilən görüşlərin nəticələrindən nikbin olduğunu deyib və sülhün əldə olunması üçün səylərin davam etdirildiyini vurğulayıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Uittkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevdə apardığı danışıqların sülh prosesinə töhfə verdiyini bildirib.
Peskovun sözlərinə görə, effektiv olub-olmamasından asılı olmayaraq, münaqişənin həllinə yönəlmiş hər bir cəhd sülhə doğru atılan kiçik addımdır.
