İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları olmayan körpə doğulub.
Məlumata görə, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.
İlkinxeber.az bildirir ki, məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə məlumat daxil olduqdan sonra qurumun əməkdaşları prosesə cəlb olunub.
Agentlikdən verilən məlumata görə, uşağın səhiyyə müəssisəsində vəziyyəti qiymətləndirilib. Körpənin daimi qayğı ilə təmin edilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur.
Körpənin və anasının şəxsiyyəti ilə bağlı məlumatlar etik və hüquqi səbəblərə görə açıqlanmayıb.
Dünyaya qolsuz gəldi, anası ondan imtina etdi
Şərh edilməmiş
