Bakının Xətai rayonunda avtobus dayanacağında infarkt keçirən şəxslə bağlı yayılan görüntülərin əslində faciə ilə nəticələndiyi məlum olub.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verib.
Marşrut avtobusu gözləyən 1957-ci il təvəllüdlü Rauf Novruzovun vəziyyəti qəfil pisləşərək yerə yıxılıb. Hadisə zamanı ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.
İlkin müdaxilədən sonra Rauf Novruzov təcili tibbi yardım avtomobili ilə Xətai Tibb Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, 69 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Rauf Novruzov ötən gün Şamaxı rayonunda dəfn edilib.
Avtobus dayanacağında infarkt keçirən kişi həyatını itirdi
Şərh edilməmiş
