Yəmənin Mərib vilayətində hökumət qüvvələrini dəstəkləyən silahlı qruplaşmalar husilərin hücum cəhdinin qarşısını alıb.
Məlumata görə, “Ənsar Allah” hərəkatının Mərib şəhərindən cənub və qərb istiqamətində həyata keçirdiyi kütləvi hücum hökumət qüvvələri tərəfindən dəf edilib.
“ilkinxeber.az” informasiya agentliyi xəbər verir ki, qarşıdurmalar zamanı Mərib şəhərinin ətrafında üç istiqamətdə irəliləməyə çalışan husilərin hücumu dayandırılıb. Eyni zamanda, Bab-əl-Məndəb boğazı yaxınlığındakı Qahbub silsiləsi ərazisində, həmçinin Ləhc və Taiz vilayətlərinin sərhədində də döyüşlərin baş verdiyi bildirilir.
Məlumata əsasən, toqquşmalar zamanı husilər ciddi itkilər veriblər.
Yəməndə vəziyyət sentyabrın əvvəlindən, “Ənsar Allah” hərəkatının ölkənin cənub-qərbində hücuma keçməsindən sonra kəskinləşib.
