İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəlilabad şəhəri ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “VAZ-21011” markalı avtomobil dönmə əməliyyatı edərkən arxadan hərəkətdə olan “Mercedes” markalı avtomobil ona çırpılıb. Zərbənin təsirindən “VAZ-21011” qarşı istiqamətdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 16 yaşlı Fatimə Mirzəzadə, 46 yaşlı Cəlal Mirzəzadə, 47 yaşlı Elçin Quliyev və 16 yaşlı Şəfa Məmmədova müxtəlif xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda zəncirvari qəza
Şərh edilməmiş
