İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Qəza nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
DYP sürücüləri, xüsusilə ağırtonnajlı nəqliyyat vasitələrini idarə edən şəxsləri sürət həddinə, ara məsafəsinə, ötmə və manevr qaydalarına, eləcə də yol və hava şəraitinə ciddi şəkildə əməl etməyə çağırıb.
Qurum bildirib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükəyə atan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər sərtləşdiriləcək və qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
Bakı Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşdı
Şərh edilməmiş
