İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağdaş rayonunda baş verən silahlı insident zamanı yaralanan 1975-ci il təvəllüdlü qadının son vəziyyəti məlum olub.
TƏBİB-dən verilən məlumata görə, yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Pasiyentə qarın boşluğuna yad cismin batması diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Daha sonra ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilən qadının müalicəsi hazırda davam etdirilir.
TƏBİB-in məlumatına əsasən, pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Ağdaşda yaralanan qadının son vəziyyəti açıqlandı
Şərh edilməmiş
