İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Görüşdə Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regionda baş verən son proseslər müzakirə olunub.
Nazirlər davamlı yüksəksəviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.
Bundan əlavə, Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşünün ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
Görüşdə regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub, diplomatiya və dialoqun, həmçinin sülh və sabitliyin təşviq edilməsinin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
Şərh edilməmiş
